İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiya ilə vizaları tamamilə ləğv edə bilər

401 16.08.2023 16:50 Siyasət A A

“İran Rusiya ilə viza rejimini tamamilə ləğv edə bilər”.

Musavat.com Rusiya mətbuatına istinadən məlumat verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.

Səfir qeyd edib ki, 1 avqustdan etibarən Rusiya ilə İran arasında turist qrupları üçün vizasız səfərlərə start verilib:

“Ölkələrimiz arasında vizaların tam ləğvinə gəlincə, qeyd etmək istərdim ki, İran hər iki dövlətin vətəndaşlarının sərbəst gediş-gəlişi üçün vizanı ləğv etməyə tam hazırdır. Təbii ki, biz rəsmilərdən müvafiq qərarlar gözləyirik, ondan sonra bu tədbirlər təsdiqlənəcək və tətbiq olunacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR