İnsanlara hürriyət, millətlərə istiqlal!

İran prezidentliyinə namizədlər iki teledebatda iştirak edəcəklər

670 30.06.2024 12:25 Dünya A A

 

İran prezidentliyinə namizədlər Məsud Pezeşkian və Səid Cəlili iyulun 5-də keçiriləcək səsvermənin ikinci turundan əvvəl bazar ertəsi və çərşənbə axşamı iki teledebatda iştirak edəcəklər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İranın milli televiziyası məlumat yayıb.

Verilən informasiyaya görə, ilk debat bazar ertəsi saat 21:30-da, ikinci debat isə çərşənbə axşamı saat 21:30-da baş tutacaq..

Bundan əlavə, İran prezidentliyinə iddialı iki namizəd haqqında sənədli filmlər nümayiş etdiriləcək, onların seçki kampaniyaları çərçivəsində xalq qarşısında çıxışları da olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR