İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamenti Pakistana təşəkkürlə ayağa qalxdı: "Bizimlə olun"

1610 16.06.2025 17:11 Dünya A A

İran prezidenti Məsud Pezeşkianın parlamentdəki çıxışı zamanı salon "Təşəkkürlər, Pakistan!" şüarları ilə dolub.

Musavat.com xəbər verir ki, səbəb – Pakistan Senatının Tehrana dəstək qərarı və İsrailə qarşı mövqe nümayiş etdirməsidir.

Pezeşkian parlament qarşısında çıxış edərək bəyan edib:

“Bu gün bütün İslam ölkələri birləşməlidir. Dünən Pakistan Senatı İsrailin iyrənc siyasətinə qarşı mübarizədə İranı dəstəkləmək və lazım olan bütün mövzularda yanımızda olmaq qərarını qəbul etdi”.

Bu açıqlamadan sonra millət vəkilləri ayağa qalxaraq dəfələrlə “Təşəkkürlər, Pakistan! Təşəkkürlər, Pakistan!” deyə şüar səsləndiriblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR