İnsanlara hürriyət, millətlərə istiqlal!

İran mollalarının “dünyanın sonu gəlib” yalanı

913 24.02.2023 08:00 Gündəm A A

Rəsul Mirhəşimli: “Bundan əvvəl də dağıdıcı zəlzələlərdə minlərlə insan ölüb, amma sonra həyat ənənəvi şəkildə davam edib”

Türkiyədəki dəhşətli zəlzələdən sonra dünyanın bir çox ölkəsində güclü yeraltı təkanların olması insanlar arasında müxtəlif iddiaların, şayiələrin ortaya çıxmasına səbəb olub. Xüsusilə də sosial şəbəkələrdə davam edən müzakirələrdə bəziləri dünyanın müxtəlif yerlərində baş verən bu təbiət hadisələrini Qiyamət gününün gəlməsi ilə əlaqələndirirlər. Günlərdir ki, bəzi inanclı və sekulyar kəsim bir-birinə qarşı dözümsüzlük nümayiş etdirir, ittihamlar səsləndirirlər. Hətta mövzu ətrafında aparılan müzakirələr mübahisələrə də səbəb olur. Həqiqətən də dünyanın sonumu gəlib, bu iddiaların hər hansı əsası varmı?

Zaur Əliyevin “Erməni kilsəsi və terror: Erməni tarixindən Ermənistan  dövlətinə qədər” kitabı nəşr edilib – Yenicag.Az

Zaur Əliyev 

Bəzi ekspertlər isə bildirir ki, bu İran mollalarının oyunundan başqa bir şey deyil. Bizimlə söhbətdə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də deyib ki, bununla bağlı yanlış fikirlər formalaşıb: “Dünyanın müxtəlif yerlərində baş verən təbiət hadisələrinin qiyamət günü və  islam inancına görə İmam Mehdi (ə)nin  gəlməsinə bağlamaq düz deyil. Bu informasiya İrandan qaynaqlanır və ciddi deyil. Türkiyədə baş verən zəlzələ təbiət hadisəsidir və torpaq oyanıb, bunun ardınca dünyanın müxtəlif ölkələrində vulkanlar oyanacaq, dənizlər və çaylar oyanacaq. Bəzi anomal havalarla rastlaşacaq, bəzi təbiət hadisələrinin şahidi olacağıq. Bu o demək deyil ki,  qiyamət günü yaxındır. Xüsusilə baxıram "Tik Tok", “İnstagram”, “Facebook” və bəzi media saytlarında yaşıl kometanın zəlzələyə səbəb olduğu, yaxud Mehdi (Ə) doğulması ilə bağlı yüzlərlə yazı, foto və video paylaşılır. Bu səma cismini hər hansı dini hadisə ilə əlaqələndirməyə gəlincə, bu cür düşüncələrin dini və elmi əsası yoxdur".

Qaziyə yaxşılıq elə, minnət qoyma!.. - Bəs reklam?

 Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qiyamət əlamətləri, yaxud dünyanın sonunun yaxınlaşması barədə düşüncələr insanların uzun illərdir araşdırdıqları bir mövzudur: “Demək olar ki, hər kəsin qorxduğu Qiyamət əlamətləri var. Bu əlamətlər özünü göstərməyə başlayanda dünyanın sonunun gəlməsinin yaxınlaşması fikri üstünlük təşkil edir. Qiyamətin əlamətləri görünməyə başladığı zaman dünyada böyük hadisələrin baş verəcəyinə dair şərhlər edilir. Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra insanlar arasında bir çox hallarda yanlış olaraq, dünyanın sonunun gəlməsi ilə bağlı fikirlər formalaşdı. Qardaş ölkədə baş verən bu dəhşətli təbii fəlakət zamanı 43 mindən çox qan qardaşımız şəhid oldu. Sayı yüz mini ötən yaralılar var. Evlər, binalar dağılıb. Bu acını yaşayan soydaşlarımızın faciəsini qəlbimizin ağrısı ilə izləyir, canımız yanır. Allah Türkiyədəki zəlzələdə şəhid olan bütün soydaşlarımıza rəhmət eləsin, yaralılara şəfa versin. Fevralın 23-də səhərə yaxın Tacikistanda güclü zəlzələ baş verib. Ardıcıl baş verən bu dəhşətli təbiət hadisəsi insanlarda dünyanın sonunun yaxınlaşması kimi düşüncələri ortaya çıxarır. Dünyanın sonunun gəlməsini isə dinimiz Qiyamət adlandırır. Qurani-Kərimdə bununla bağlı ayrıca "Qiyamə" (Qiyamət) surəsində  bəhs edilir. Həmin surənin ilk ayəsində Allah Qiyamət gününə and içir. Təkcə bu ayə Qiyamətin olacağı barədə Allahın vədini bəyan edir. Lakin Qiyamətlə bağlı Qurani-Kərimin anlatdıqları bu ayə ilə məhdudlaşmır. Bir çox surələrdə Qiyamət barədə ayələr var. “Yunus” surəsində Allah insanlara Qiyamət barədə zənnə düşməmələrini təlqin edir. Bu ayənin hikməti Qiyamətin olacağını izah etməklə yanaşı, insanları bu günün haqqında yanlış düşüncələrə düşməmələrinə yönəltmək istəyir. Çünki Qiyamətin olacağı Allahın əmrinə bağlı hadisədir. Bəzi insanların bu barədə fikir yürütməsi isə cəmiyyət arasında qorxu, təşviş və xof yaşanmasına səbəb ola bilər. Bu mənfi tendensiya insanların əlini işdən soyuda, qorxu və stresdən müxtəlif xəstəliklər tapmasına yol aça bilər. Onun üçün də bu fikirlərlə insanları qorxutmaq meyllərindən uzaq durmaq lazımdır. Hər insan ölümü dadacaq, lakin kimsə öləcəyi günü bilməz. Buna görə də insanın üzərində vəzifə ona verilən ömrü insan kimi yaşamaqdır".

İlahiyyatçı əlavə edib ki, heç uzaq tarixə getmədən 21-ci yüz ildə dünyanın bir çox ölkələrində baş verən zəlzələlərin miqyasına və ölənlərin sayına baxsaq, görəcəyik ki, bu təbiət hadisəsindən bir müddət sonra dünya insanları öz həyatlarına ənənəvi şəkildə davam ediblər: “2004-cü ilin dekabrında İndoneziyada baş verən zəlzələ zamanı 250-300 min nəfər insan ölüb. 2005-ci ildə Pakistandakı yeraltı təkanlar zamanı 88 minə yaxın, 2008-ci ildə Çindəki zəlzələdə 87 mindən çox, 2010-cu ildə Haitidə baş verən təbii fəlakətdə 316 minə yaxın, 2011-ci ildə Yaponiyadakı təbii fəlakətdə 19 759 nəfər ölüb. Bu siyahını uzatmaq da mümkündür. Gördüyünüz kimi, təbii fəlakətlərin yaşatdığı insan itkilərinin miqyası nə qədər böyükdür. Lakin bu hadisələrin heç biri dünyanın sonunu gətirməyib. İslam dini Qiyamətin yaxınlaşdığını xəbər verən əlamətləri sadalayır. Bir çox alimlər bu əlamətlər içərisində zəlzələlərə də diqqət çəkirlər. Zəlzələ bu əlamətlərdən biridir, lakin həmin əlamətlərin kompleksi deyil. Onun üçün də insanlar öz həyatlarına rahat şəkildə davam etsinlər. Pandemiya zamanı olduğu kimi, Türkiyədə baş verən təbii fəlakətdən sonra da uydurma fikirlərlə insanları qoxudub, əhali arasında təşviş yaradanlar olur. Bunların dedikləri isə dini və elmi biliklərlə bir araya sığan fikirlər deyil”.

Afaq MİRAYİQ

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR