İnsanlara hürriyət, millətlərə istiqlal!

İran mediası Ukrayna müharibəsində kimin tərəfini tutur?

1172 13.03.2022 18:06 Gündəm A A

 Müxtəlif siyasi qüvvələrin maraqlarına xidmət edən hakimiyyət, müxalifət və mühacir mediası haqda ilginc təhlil 

İran hakimiyyətinin Ukraynadakı müharidə ilə bağlı rəsmi mövqeyi bəllidir: hərbi əməliyyatların dayandırılması və danışıqların başlaması. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bəyanatında deyilir. Tehran tərəf tutmasa da,   reallıqda bu müharibə İranın taleyi üçün həlledici ola bilər.

Bütün Qərb mətbuatı Vyanada nüvə sazişinin imzalanmasını gözləyir. Fevralın 24-dən sonra vəziyyət 180 dərəcə dəyişib: ABŞ Rusiya neftinə əvəz axtarır. İndi Baydenin Tehranla nüvə sazişinə çox ehtiyacı var. Nəticədə İran beynəlxalq bazara qayıdacaq və qısa müddətdə sanksiyalar zamanı yığılan 80 milyon barel nefti bazara çıxara biləcək.   

Bəs, belə bir həssas məqamda zəngin və rəngarən, müxtəlif siyasi qüvvələrin maraqlarına xidmət edən     hakimiyyət, müxalifət və mühacir media nə haqda və necə yazır?

Rusiyanın “Novaya vremya” nəşri bu barədə araşdırmasında yazır ki, şah rejiminin mühacir mətbuatı olan "Keyhan. London” Ukrayna münaqişəsi haqda aparıcı ingilis mediasının məzmununu təkrarlayır. Nəşr Ukraynaya müdaxilədən əvvəl “Rusiyanın ən mühüm səhvlərindən biri  kimi ölkə rəhbərliyinin xalqın reaksiyasını dəyərləndirə bilmədiyi” haqda yazır. 

"Asre İran" (“İran vaxtı ilə”) online media geniş mətnlər əvəzinə oxuculara şok yaratmayan, lakin  rəğbət doğuran fotoşəkillərə daha çox üstünlük verir. Sayt neftin qiyməti və bazar perspektivləri ilə bağlı da geniş yazır.   

 Təhsilli iranlılar arasında son dərəcə populyar olan müstəqil "Parsine" portalı müharibənin gedişi ilə bağlı xəbərlərdən daha çox Mariupoldakı məscidin mühasirəsinə diqqət yetirir. 

Populyar “İran xəbər” isə Ukraynada baş verən hadisələr haqqında praktiki olaraq heç nə yazmır.  

Mərkəzi Tehranda yerləşən və İslam İdeologiyasının Təbliği Təşkilatına məxsus xəbər agentliyi “Mehr News” bütün dünyada çoxlu sayda stringerləri  olmasına baxmayaraq, İran xarici işlər nazirinin bəyanatı istisna olmaqla, TOP-10-da Ukrayna hadisələrindən yazmır.   

13970516000907 Test PhotoN

Mühafizəkar “Aftab News” vebsaytının əsas məqalələri nüvə sazişinin taleyi və sanksiyalardan qurtulmaq barədədir.   

Müxalif sayt olan “Tabnak”da Ukraynadakı müharibə haqqında xəbərinin sayı çox azdır.Sayt İsrailin baş naziri Bennetin Zelenskinin Rusiyanın şərtlərini qəbul etməyi tövsiyəsi haqda yazır. ABŞ da  yanacaqdoldurma məntəqələrindəki növbələri əks etdirən fotolardan geniş istifadə edilir.   

 Məşhur “Fars” xəbər agentliyi son illərdə İranın kəşfiyyat agentlikləri ilə əlaqələri ilə tanınır. Burada da Ukrayna münaqişəsi haqda xəbərlər sayca üçüncü yerdədir. Məqalələrdə İsrailin Ukraynadan olan qaçqınları işğal olunmuş Fələstin ərazilərində yerləşdirməsindən narahatlıqlara diqqət ayrılır.    

 İslahatçılara yaxın “Ensaf” saytında isə iranlı hüquq müdafiəçisinin Putinə müharibənin dayandırılmasını tələb edən altı səhifəlik müraciət  və Zelenskiyə dəstək yazısı var.

Ümumiyyətlə, İran mətbuatının təhlili göstərir ki,  Ukrayna ətrafındakı böhranın ölkə iqtisadiyyatına  ehtimal olunan təsirinə, Moskvanın mövqeyinə və   Vyanadakı danışıqların nəticələrinə daha çox maraq   var.   

Orxan ƏLİYEV,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR