İnsanlara hürriyət, millətlərə istiqlal!

İran mediası: “Son bir neçə ildə ölkədə 100-ə yaxın qadın qətli qeydə alınıb”

318 22.07.2024 10:38 Dünya A A

“Etimad” qəzeti İranda qadın qətli məsələsini qaldıraraq yazıb ki, 2022-2024-cü illərin ilk üç ayında İranda ən azı 85 qadın qətli hadisəsi qeydə alınıb.

Məlumata görə, qadın qətllərində təqsirləndirilənlərin əksəriyyəti onların ərləridir. Qəzet vurğulayıb ki, hökumət mediasında namus və ya ailə münaqişəsi zəminində qadın və qızların öldürülməsi xəbərləri çox vaxt yer almır.

Bildirilib ki, İranın müxtəlif şəhərlərində 2022-ci ilin birinci rübündə ən azı 22 qadın və qız, 2023-də 28, 2024-cü ilin ilk rübündə isə ən azı 35 qadın və qız öldürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR