İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran ikili oyunlarından əl çəkərsə, münasibətlər düzələr”- ŞƏRH

576 12.04.2023 18:26 Siyasət A A


Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvini qəbul edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.

Səfir paylaşımında aşağıdakıları qeyd edib:
“XİN rəhbərləri ilə aparılan konstruktiv danışıqlardan sonra mən də onunla səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarının xeyrinə olacaq”.

üeeü.jpg (28 KB)

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, İran Azərbaycana qarşı əməllərinə son verərsə bizim onlarla heç bir düşmənçiliyimiz yoxdur:

“Hələ ki, münasibətlərin düzələn xətt üzrə getməsinə dair birmənalı fikir söyləmək çətindir. Çünki bir yandan İran rəsmiləri bu cür açıqlama verir, digər yandan erməniyə kömək edirlər. Əgər İran səmimi münasibətləri istəyirsə, biz də bunun tərəfindəyik. Hiyləgərlik, bizə düşmən olan dövlətlərə yardım etmək doğru hal deyil. Münasibətləri düzəltmək istəyirlərsə o zaman öz davranışlarına diqqət etməlidirlər. İki ölkənin xarici işlər nazirləri danışdı, ürək oxşayan fikirlərə yol verdilər. İndi də səfirin paylaşımından görünür ki, münasibətlər düzələ bilər. Lakin münasibət sözdə deyil, işdə, əməldə düzəlməlidir. 30 il ərzində də bizim üzümüzə gülüb, arxada əleyhimizə addım atıblar. Bir yandan bizimlə danışır, xeyirxah münasibətlər ortaya qoyur, digər yandan da erməniyə silah verirlər”.

Politoloq bildirib ki, heç bir halda Azərbaycan müharibənin tərəfində deyil:

“Heç biz Ermənistanla müharibə istəmirdik, prosesi sülh yolu ilə həll etməyə çalışırdıq. İranla, müsəlman ölkəsi ilə müharibəni heç istəmərik. Əgər danışıqlar varsa bu, gözəl haldır. İki ölkə arasında münasibətlər düzələrsə və İran ikili oyunlarından əl çəkərsə bunu ancaq alqışlaya bilərik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR