İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ətrafında müasir HAVA GÜCLƏRİ: Azərbaycan, Türkiyə, BƏƏ… - "Forbes"dən SENSASİON YAZI

2023 22.11.2025 21:12 Dünya A A

İyunda baş verən 12 günlük müharibədə İranın köhnəlmiş hava qüvvələri İsrailin qarşısında demək olar ki, aciz qaldı. İranın yaxın qonşuları isə artıq daha müasir qırıcı təyyarələrlə silahlanmış hava qüvvələri formalaşdırıb və ya formalaşdırmaqda davam edir. Bu da Tehran üçün hava gücünü təcili modernləşdirməyin vacibliyini göstərir.

Musavat.com xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

Nəşrin yazdığına görə, Azərbaycan 8 noyabrda keçirilən hərbi paradda Pakistandan əldə etdiyi yeni "JF-17C Block III" qırıcı təyyarələrini nümayiş etdirdi. Bakı 40 ədəd bu müasir qırıcıdan sifariş edib. Qırıcılar elektron skanlı AESA radarları və digər qabaqcıl imkanlarla təchiz olunub. Həmçinin, "JF-17" PL-15E uzaqmənzilli hava-hava raketlərini atmaq qabiliyyətinə malikdir. Qeyd edək ki, Pakistan may ayında bu raketlə Hindistanın Fransa istehsalı "Dassault Rafales" təyyarələrindən ən azı birini vurub.

JF-17 Blok 3 İlkin İstehsalata Başlayır; Pakistanın imkanlarında inqilab edəcək yeni döyüşçü
 "JF-17C Block III" 

İranın ən müasir qırıcıları isə hələ də 1970-ci illərdə alınmış Amerika istehsalı "Grumman F-14A Tomcats"lardır. 1979-cu il inqilabına qədər Tehran 79 ədəd "F-14A" alıb və bu gün də bir neçəsi aktivdir. Həmin dövr üçün qabaqcıl sayılan "F-14" AWG-9 radarı və AIM-54 "Phoenix" raketi ilə vizual məsafədən kənar döyüşdə inqilab yaratmışdı. AIM-54 100 mil məsafədə hədəfi vurmaq qabiliyyətinə malikdir. İran bu raketin əsasında "Fakour" raketini istehsal edib, lakin həm AIM-54, həm də "Fakour" PL-15E-nin təxminən 120 mil məsafəsini təmin edə bilmir. Bakı həmçinin bu yaxınlarda Çindən strateji "HQ-9BE" yerüstü hava hücumundan müdafiə sistemlərini tədarük edib.

Origins-The Story Of The Legendary F-14 Tomcat – DefencyclopediaF-14A "Tomcat"

Türkiyə isə 44 ədəd "Eurofighter Typhoon" (Tranche 3A və Tranche 4) alıb və bu qırıcılar üçün 120 mildən çox mənzilə malik "Meteor" raketlərini də əldə edəcək. Ankara yaxın gələcəkdə 40 ədəd beşinci nəsil "F-35 Lightning II" gizli hücum qırıcısı almağı planlaşdırır və eyni zamanda yerli qırıcısı TF "Kaan"ı inkişaf etdirir.

Eurofighter Typhoon savaş uçağı özellikleri nelerdir? - Tabya Dijital"Eurofighter Typhoon"

Səudiyyə Ərəbistanı da Birləşmiş Ştatlardan 48 "F-35" qırıcısı almaq istəyir. ABŞ rəsmiləri narahatdır ki, bu təyyarələr Çin casusluğu üçün risk yarada bilər. İsrail isə satışın Səudiyyə ilə münasibətlərin normallaşması şərti ilə olmasını istəyir. Yaxın gələcəkdə "F-35"lərin alınması Səudiyyənin hava qüvvəsini daha da gücləndirəcək.

Nəşr yazır ki, Qətər son on ildə təxminən 100 ədəd, "Eurofighter", "Rafale" və "F-15QA" 4.5 nəsil qırıcı təyyarədən ibarət hava qüvvəsi formalaşdırıb.

Birləşmiş Ərəb Əmirlikləri isə 2000-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrindən daha müasir "F-16"lar alıb. 2021-ci ilin sonunda Əbu-Dabi Fransadan 80 ədəd "Rafale" F4 qırıcısı sifariş edib, bunlar "Meteor" raketləri və digər qabaqcıl silahlarla təchiz olunacaq.

İranın digər qonşuları arasında Əfqanıstan və Türkmənistan hava qüvvələri zəif olduğu üçün Tehrana təhlükə yaratmır. Ermənistan isə yalnız "Su-25" və dörd "Su-30SM" qırıcısına malikdir. İraq 34 "F-16IQ" qırıcıları ilə silahlanıb, lakin təyyarələrdə texniki problemlər mövcuddur. Məlumatlara görə, Bağdad hava qüvvələrini 12 Fransa istehsalı "Rafale" təyyarəsi ilə gücləndirməyi planlaşdırır. 

Pakistan isə "JF-17"lərdən əlavə 36 ədəd Çin istehsalı Chengdu J-10C “Vigorous Dragon” qırıcıları alıb. Bu təyyarələr PL-15 raketləri ilə təchiz olunub və may ayında Hindistanın "Rafale" qırıcısını vurub. Pakistanın gələcəkdə Çin istehsalı beşinci nəsil "J-35" stealth qırıcısı alacağı da gözlənilir, amma bu, 2030-cu illərə qədər reallaşa bilər.

Rusiyadan gələn Su-35 Flanker qırıcıları Ukrayna üzərində "Millək kimi" düşür - Milli maraq"Su-35 Flanker"

"Black Mirror" kimi tanınan haker qrupu tərəfindən paylaşılan Rusiya müdafiə sənədlərinə görə, İran 48 "Su-35" Flanker qırıcısı sifariş edib. Təyyarələrin ümumi qiyməti 5-6 milyard avro dəyərindədir.

Lakin bu, Fars körfəzində və ya İsrailin hava qüvvələrinə nisbətən güc balansını ciddi dəyişməyəcək. 48 "Su-35" Tehranın hava qüvvələrinin tamamilə geri qalmasının qarşısını almaq üçün minimal zərurətdir.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR