İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ermənistanda fars dilinin inkişafına dəstəyini artırır

386 28.12.2023 15:20 Region A A

Musavat.com İBNA-ya istinadən xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed #İrəvanın 200 nömrəli məktəbində görüş keçiriblər.

İranlı diplomatlar məktəbdə fars dilinu öyrənən şagirdlərlə görüşüb, məktəb rəhbərliyi ilə məsləhətləşmələr aparıblar.

Məlumata görə, məktəb rəhbərliyindən olan şəxslərdən biri deyib: “Bu məktəbdə fars dili dərslərinə olan diqqət xeyli artıb. Belə ki, şagirdlərin valideynləri fars dilinin tədrisinin genişləndirilməsi ilə bağlı dəfələrlə müraciət ediblər”.

Qeyd olunub ki, İran səfiri 1600 şagirdin oxuduğu və 750 şagirdin fars dilini öyrəndiyi məktəbin problemlərinin həllinə yardım edəcəklərini söz verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR