İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ərbildəki ABŞ konsulluğunu və bazasını vurdu-bölgəmizdə müharibə təhlükəsi! VİDEO

4352 16.01.2024 07:24 Dünya A A

Hədəflər arasında İsrail kəşfiyyatının qərargahı və onlara bağlı kürd milyarder də olub

Musavat.com xəbər verir ki, yanvarın 16-sına keçən gecə Amerikanın Harir aviabazası və İraqdakı Ərbil beynəlxalq hava limanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) kamikadze PUA-ları, həmçinin Fateh-110 ballistik raketlərinin hədəfinə çevrilib.

ABŞ-ın Ərbildəki konsulluğu ballistik raket zərbəsindən sonra demək olar ki, tamamilə dağılıb. Yerli mənbə agentliyə bildirib ki, konsulluğa bir neçə pilotsuz təyyarə də zərbəni vurulub.

Eyni zamanda, ərəb mənbələri İranın Ərbil şəhərindəki Mossad və Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahlsrına da ballistik raket zərbəsi endirdiyinı xəbər verib.

Ərbil İraq Kürdüstanının inzibati mərkəzi, İraqın şimalındakı muxtar bölgədir.

İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, zərbələr Kermanda general Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə keçirilən mərasim zamanı şəhər qəbiristanlığına edilən terror hücumuna cavabdır. (Haqqın. az)

Mənbələr Ərbildən 15 kilometr aralıda yerləşən Hərir aviabazasının da hədəf alındığını bildirib. Bazadan ABŞ və İraq qüvvələri istifadə edir.
Daha sonra məlumat verilib ki, SEPAH raketlərinin hədəfi sırasında Amerika bazası, ABŞ Konsulluğu ilə yanaşı yerli kürd təhlükəsizlik qərargahı və Mossad ilə əlaqəli yerli iş adamının şəxsi iqamətgahı da olub.

Daha sonra kürd mənbələri iş adamı Peşrav Zeyanın SEPAH-ın hücumu zamanı öldüyünü təsdiqləyib.

Kürd iş adamı Mossad və Kürdüstan rəhbərliyi ilə sıx əlaqədə imiş. O, “Empire” və “Falcon Group”şirkətlərinin sahibidir, neft hasilatı ilə məşğul olub. İddialara görə, “Falcon Group”da keçmiş ABŞ hərbçiləri dən ibarət özəl hərbiləşdirilmiş qrup da fəaliyyət göstərirmiş.

İranln zərbəsin zamanı milyarder həyat yoldaşı və uşaqları ilə birlikdə olub. Arvad ölüb, uşaqları isə yaralanıb.

İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat da yayıb. “İslami İran düşmənlərinin bölgədəki casus qərarglarını”vurduqlarını təsdiqləyib.

İran raketləri Suriyanın İdlib vilayətinin Taltina qəsəbəsini vurub. Yerli teleqram kanallarının məlumatına görə, kənd uzun müddətdir ki, İŞİD terrorçularının nəzarəti altındadır. Yada salaq ki, İranyönlü mənbələr iddia edir ki, Kemranda terror aktını məhz İsrail və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə yerli İŞİD-in qərargahı planlaşdırdığını deyirdi.



İranın Ərbilə hücumları nəticəsində ilkin olaraq 5 nəfərin həlak olduğu deyilir. Bu barədə ABC televiziya şirkəti mənbələrə istinadən məlumat yayıb. ABC mənbələri də iddia edir ki, koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında üç pilotsuz uçan aparatı vurub.

Onların sözlərinə görə, Ərbil hava limanı “çox qəddar bombardmandan” sonra fəaliyyətini dayandırıb. ABŞ hərbçiləri arasında itki haqda məlumat yoxdur.
Bu hadisələr, ABŞ-ın və İsrailin İranın hücumlarına necə cavab verəcəyi bölgəmizdə vəziyyəti müharibə həddinədək gərginləşdirən bilər.

ABŞ hücumu pislədi

ABŞ Dövlət Departamenti İranın Ərbilə hücumunu qətiyyətlə pisləyib. "Biz İranın İraqda sabitliyi pozan raket hücumlarına qarşıyıq"deyə,bəyanatda deyilir. Dövlət Departamenti Birləşmiş Ştatların “İraq hökumətini və İraq Kürdüstanının regional hökumətini dəstəklədiyini” bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri SEPAH-ın raket zərbələri nəticəsində Amerika hərbçilərinin və heç bir Amerika obyektinin zərər görmədiyini deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR