İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran Azərbaycana qarşı düşmənçilik siyasətini açıq formada ortaya qoyur”- ŞƏRH  

791 03.04.2023 17:36 Siyasət A A


Deputat Fazil Mustafaya qarşı terrorun İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırdığı artıq açıqlanan rəsmi xəbərlərdən məlum olur.

Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, ələlxüsus da SEPAH-ın dayandığını aydın şəkildə göstərir.

Bu, İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür.
Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib.

Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, hadisə iki dövlət arasında münasibətlərə mənfi təsir göstərir. Politoloq qeyd edib ki, Azərbaycan hər zaman İranla dostluq münasibətlərinə önəm verib:

“Çünki eyni regionu, eyni dini paylaşırıq. İkinci Qarabağ savaşından sonra da prezident İlham Əliyev İranla sərhədimizi dostluq sərhədi adlandırdı. Təəssüf ki, İkinci Qarabağ savaşı bir çox məkrli hiylələri açdı. Onlardan biri də İranın Azərbaycana qarşı münasibəti ilə bağlı oldu. İşğal dövründə biz İrana dostluq münasibəti göstərirdik. Ancaq İran müharibə vaxtı bizə qarşı eyni münasibəti göstərmədi. Ona da əmin olduq ki, Ermənistanın işğal prosesində İran ermənilərə dəstək göstərib, erməni vəhşiliklərinə müəyyən mənada şəriklik edib.

yenigundem_123f6fe830f13bead48c5.jpg (47 KB)

Eyni zamanda sülh danışıqları prosesində və regionda baş verən yeniliklərlə bağlı İranın iç üzü tam şəkildə açıldı. İran Azərbaycana münasibətdə düşmənçiliyi, Ermənistana qarşı isə dostluğu, vəhdəti ortaya qoydu. Ermənistanı hətta özünün qırmızı xətti adlandırdı, Qafanda konsulluq açdı, sərhədimizdə hərbi təlimlər keçirdi. Azərbaycan təbii ki, imkan verməyəcək ki, İran suverenliyimiz, dövlət maraqlarımızın əleyhinə addımlar atsın”.

Politoloq bildirib ki, İran Azərbaycan diplomatik korpusuna qarşı da terror törətdi:

“Səfirliyimizin nümayəndəsi şəhid oldu. Ona görə də Azərbaycan haqlı olaraq Vyana konvensiyasına uyğun olaraq, səfirliyimizin fəaliyyətinin dayandırılması ilə bağlı addım atdı. Bu terror faktı ilə bağlı açıqlama gözlədiyimiz, araşdırmanın getdiyi dönəmdə İran tərəfi media vasitəsilə Azərbaycana qarşı çirkin, hədyanlar dolu dezinformasiya siyasəti yürütdü. Bütün bunların fonunda deputat Fazil Mustafaya qarşı terror oldu. Bunun da arxasında İranla bağlı izlər müəyyən edilib. Bu da göstərir ki, İran Azərbaycana qarşı düşmənçilik siyasətini açıq formada ortaya qoyur. Bunu müxtəlif bəhanələrlə əlaqələndirirlər. Ancaq onların hamısı absurddur, yalandır. Azərbaycana qarşı bu düşmənçilik siyasətinin paralelində İranın Ermənistana qarşı dostluğunun şahidi oluruq. Hər bir halda İran bütün dünya, sivilizasiya üçün təhdidə çevrilib. İran bütün dünya ilə bərabər müsəlman ölkələri ilə də düşmənçilik edir. İranın bu gün ən yaxın dostluq etdiyi dövlət elə İslama, müsəlmanlara qarşı olan Ermənistandır”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR