İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar edən 14 yaşlı oğlanın əmisi də... - TƏFƏRRÜAT

964 06.04.2023 15:24 Hadisə A A

Ötən gün Salyan rayonunun Qızılağac kəndində 8-ci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlu intihar edib. 

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı unikal-a danışan Qızılağac kənd bələdiyyə sədri Bünyad Yolçuyev bildirib ki, yeniyetmə axşam saatlarına yaşadıqları evində özünə qəsd edib. 

"Mirələm Qızılağac tam orta məktəbinin 8-ci sinif şagirdi idi. İntihar etməmişdən əvvəl dostları ilə birlikdə məhəllədə futbol oynayıb. Daha sonra isə evinə qayıdaraq intihar edib. Mirələmin psixi problemləri olub. Onun ölüm səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır". 

B. Yolçuyevin sözlərinə görə, Mirələm Cavadzadənin ötən il əmisi də intihar edibmiş:

"Əmisi ailə problemlərinə görə özünə qəsd edib. O, intihar etməmişdən öncə atasına, yaxın qohumlarına özünü öldürəcəyi barəsində məlumat vermişdi. Çox heyif ki, o da yaşadıqları evdə özünü asaraq həyatına son qoymuşdu". 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR