İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsanları elatına qaytaran hiss – irəvanlı, göyçəli soydaşlarımızın “əzəli yurd” nisgili

3066 26.12.2022 15:40 Analitika A A

İllər öncə Qərbi Azərbaycan İcması yaradılanda təşkilatın məramı, məqsədi, gələcək planları, qurucularının ambisiyası ilə bağlı bir çox şeylər aydın deyildi. Bu istiqamətdə müxtəlif fərziyyələr, iddialar vardı.

Bir çoxları güman edirdi ki, bu təşkilat əslən tarixi yurdlarımız olan, Göyçədə, Vedibasarda, Zəngəzurda, İrəvanda doğulan və dövlət orqanlarında mühüm vəzifə tutan şəxslərin öz mövqelərini qoruması üçün fəaliyyət göstərəcək.

Qərbi Azərbaycandan olan, vəzifədən götürülən, istefaya göndərilən şəxslərin revanş götürmək, geri qayıtmaq üçün belə bir təşkilata ehtiyac duyduqları da əsas versiyalardan biriydi.

Daha bir ehtimal isə yuxarıda adları çəkilən mahallardan olan soydaşlarımızın dədə-baba yurdunun xiffətini çəkərək, yanğısını yaşayaraq birləşdikləri, əzəli torpaqlarımızın geri qaytarılması uğrunda fəaliyyət göstərəcəklərinə dair idi.

6665.jpg (465 KB)

Tarixi fakt bundan ibarətdir ki, ötən əsrin əvvəlindən ta sonuncu onilliyinə qədər müasir Ermənistan ərazisindəki tarixi mahallarımızda yaşayan yüz minlərlə soydaşımız ermənilərin “özümə yer eyləyim, gör, sənə neylərəm” niyyəti ilə rusların yeritdiyi “Qafqazda etibarlı bastion qurmaq”, “sadiq sipərçilər” təşkil etmək siyasətinin qurbanı olmuş, öz əzəli torpaqlarından deportasiya edilmişdilər.

Deportasiya aktı əslində mənfur genosid siyasətinin tərkib hissəsi olsa da, Azərbaycan türklərinə münasibətdə bunu bu cür tövsif edən yox idi və istər Kremldə, istərsə də Ermənistanda hesab edirdilər ki, bu, belə də olmalıdır, bütöv xalqı öz dədə-baba yurdlarından çıxarmaq və buna görə məsuliyyət daşımamaq olar.

5443.JPG (70 KB)

Vaxtilə yuxarıda adları çəkilən mahallarda yaşayan soydaşlarımızın yeganə şansı o olmuşdu ki, onların tam əksəriyyətini məhz Azərbaycan SSR-in ərazisini köçürmüşdülər. Krım tatarları, Məhsəti türkləri, çeçenlər, inquşlar, çərkəzlər kimi bəxti gətirməyən toplumlar da vardı – onları Qazaxıstanın bozqırlarında, Özbəkistanın kimsəsiz vadilərində məskunlaşdırmışdılar.

Bəlkə də məhz bu amil göyçəli, irəvanlı, zəngəzurlu, vedili soydaşlarımızın doğma yurd yanğısını çox da şiddətli etmirdi. Çünki nə də olmasa, onlar öz mənsub olduqları xalqın bağrındaydılar, zamanla qaynayıb-qarışır, məskunlaşır, yaşadıqları rayonun doğma-böyümə sakinlərinə çevrilirdilər.
Ancaq əzəli vətəndən ayrılıq hissi, belə görünür ki, nəsildən-nəslə ötürülən bir şeydir. Bu hiss 2 min əvvəl Yerusəlimdən didərgin düşən yəhudi xalqının 19-20 əsrdən sonra, dünyanın 70-80 ölkəsindən toparlanaraq yenidən öz əzəli torpaqlarırına qayıdıb dövlət qurmalarına rəvac verən hissdir.

1112.jpg (94 KB)

İndi məhz bu hiss, bu düşüncə Qərbi Azərbaycan İcmasının fəaliyyətini yönləndirir. 44 günlük müharibədə Azərbaycan ordusu 28 il əvvəl əlimizdən qoparılmış rayonlarımızı geri aldıqca, xalqımızda belə bir əminlik yarandı ki, biz digər torpaqlarımızı da geri qaytara bilərik. Bu torpaqlar çar mütləqiyyətinin, Stalin rejiminin administrativ zorakılığıyla, daha sonra Xruşov və Brejnev dövrünün “kitabdan-kitaba salınması” hiyləgərliyi ilə, lap axırda isə Qorbaçov dönəmində həyata keçirilən xaotik deportasiya siyasəti ilə Azərbaycan türklərindən qəsb edilib.

İndi Azərbaycan son 200 ildə heç vaxt olmadığı qədər güclüdür və iki əsr boyunca onu təqib edən, incidən, zülmə məruz qoyan qüvvələrlə baş-başa haqq davası edə bilir.

4433.jpg (417 KB)

Belə bir durumda Qərbi Azərbaycan İcmasının binasının açılışında dövlət başçısı İlham Əliyevin iştirak etməsi çöx önəmlidir. Özü də cənab Prezident bunu öz doğum günündə, dünyanın hər tərəfindən ünvanına göndərilən təbrik mesajlarını qəbul etməli olduğu gündə edir və bununla da dünyaya, region ölkələrinə mesaj verir. Bu mesajın qayəsi Azərbaycan dövlətinin öz əzəli haqlarından vaz keçmək fikrində olmadığından ibarətdir.

Qərbi Azərbaycan təkcə eyni adlı ictimai-siyasi təşkilat yaradaraq, qədim vətən torpaqlarının davasına atılan ziyalıların dədə-baba yurdu deyil, həm də dövlət başçısı İlham Əliyevin iki babasının doğulduğu, böyüdüyü məkanlardır. Bundan başqa, oralar qarabağlıların, eləcə də gəncəbasarlıların yaylaq yeri olub.
Hələ 2010-cu iyulunda Prezident İlham Əliyev Qarabağın Azərbaycanlı İcmasının mənzil-qərərgahının açılışında belə demişdi: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”.

Üstündən 10 il keçəndən sonra söz yerini aldı. İndi Qarabağ bizdədir və qarabağlıların Bakıda mənzil-qərargaha ehtiyacı yoxdur. Onun yerinə Ağdamda, Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda tikinti-quruculuq işlərinə rəhbərlik edən qərargahlar var.

777766.jpg (230 KB)

12 il əvvəlki görüşdə Prezident aşağıdakı fikirləri də dilə gətirmişdi: “Hesab edirəm ki, sülhün yaranması, kommunikasiyaların açılması, bölgədə gedən proseslərə müsbət təsir göstərəcək. Bu gün sirr deyil ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti bizim xeyrimizə dəyişibdir. Biz buna nail ola bilmişik. İstənilən sahədə Azərbaycan Ermənistandan qat-qat üstündür. İqtisadi potensial cəhətdən Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür. Demoqrafik potensial da Azərbaycanın mövqelərini gücləndirir. Bu gün Azərbaycanın əhalisi 9 milyondur. Ermənistan əhalisi qeyri-rəsmi məlumatlara, amma dəqiq mənbələrə görə 1 milyon 800 min nəfər ətrafındadır. Bu gün bizdə olan məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 60 minə yaxın, yəni bir rayonun əhalisi qədər əhali vardır. İqtisadiyyat, coğrafi vəziyyət, demoqrafiya, ordu quruculuğu, sənaye potensialı, geosiyasi vəziyyət və Azərbaycanın bölgədəki, dünyadakı mövqelərinin gücləndirilməsi - bütün bu amillər mövqeyimizi gücləndirir və məqsədə çatmaq üçün bizə imkanlar yaradacaqdır”.

Bu gün Qarabağ ətrafında gedən proseslər göstərir ki, Azərbaycan öz haqq davasında addım-addım qabağa gedir, 12 il öncə qarşıya qoyulan məqsədə günbəgün yaxınlaşır.

Bütün bunlar olacaq, həyata keçiriləcək. Daha sonra önümüzdə yeni mərhələ açılacaq. Artıq Qərbi Azərbaycan məsələsi növbəti tairix dövr üçün ölkəmizin gündəminə çıxmaqdadır.

Bu günkü çıxışında cənab Prezident azərbaycanlıların Qərbi Azərbaycana sülh şəraitində yaşamaq üçün qayıdacağını vurğulayıb. İnsanların öz ev-eşiklərinə qayıtması onların ən təbii haqqıdır və fundamental insan hüquqlarının ayrılmaz bir hissəsidir.

Gün o gün olsun ki, Qərbi Azərbaycan İcmasının Bakıdakı mərkəzi qərargahının müvəqqəti olmasını şərtləndirən situasiya yaransın. Beynəlxalq siyasətdə buna repatriasiya deyirlər - xalqın öz tarixi yurduna qayıtması.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR