İnsanlara hürriyət, millətlərə istiqlal!

"İnqilab başladı, Makron devrildi!” – 2 polis güllələndi

1568 21.06.2026 23:29 Dünya A A

Fransada 82 yaşlı kişinin hərəkətləri ölkədə rezonans doğurub.

Musavat.com xəbər verir ki, hadisə Fransanın Er və Luar departamentində baş verib.

Le Parisien nəşrinin məlumatına görə, axşam saatlarında bir qadın polisə müraciət edərək 82 yaşlı ərinin tüfəng və patronları götürərək evdən çıxdığını bildirib. Qadının sözlərinə görə, kişi “Bu, inqilabdır!” və “Makron devrildi!” deyə qışqıraraq naməlum istiqamətdə uzaqlaşıb.

Silahlı şəxs daha sonra bağlardan birində gizlənib. Hadisə yerinə gələn jandarmlar onunla danışaraq vəziyyəti nəzarətə götürməyə çalışsalar da, kişi onların istiqamətində üç dəfə atəş açıb.

Nəticədə iki jandarm yaralanıb. Atışma zamanı 82 yaşlı kişi də yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR