İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərədə on minlərlə tibb işçisi dörd günlük tətilə başlayıb

277 11.04.2023 14:51 Son xəbər A A

İngiltərədə on minlərlə təcrübə keçən həkimin bu gün başlayan dörd günlük tətili ölkənin səhiyyə xidmətinin (National Health Service, NHS) fəaliyyətini ciddi şəkildə poza bilər.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, Böyük Britaniyanın tibb assosiasiyası (British Medical Association, BMA) tərəfindən təşkil olunan tətillərdə ümumilikdə 47,6 min səhiyyə işçisi iştirak edəcək ki, bu da NHS-in tibbi personalının 40 faizdən çoxu deməkdir. Onlar əməkhaqqlarının 35 faiz artırılmasını tələb edir.

Səhiyyə xidmətinin məlumatına görə, tətillər İngiltərədə 350 mindən çox qəbulun və əməliyyatların ləğvinə səbəb ola bilər. Vəziyyət pasxa tətilləri səbəbindən daha da ağırlaşır.

Ötən ilin sonlarından yaşayış xərclərinin bahalaşması (2022-ci ilin yekunlarına görə, ölkədə inflyasiya 10,5 faiz təşkil edib) və real gəlirlərin aşağı düşməsi ilə bağlı Böyük Britaniyanı tətillər dalğası bürüyüb. Tətillərdə tibb işçilərindən başqa, dəmiryolçular, avtobus sürücüləri, sərhədçilər, poçtalyonlar, müəllimlər və digər peşələrin nümayəndələri də iştirak edir.

Birləşmiş Krallığın hakimiyyət orqanları dövlət sektorunda çalışan işçilərin maaşlarını inflyasiya səviyyəsinə qədər qaldıra bilməyəcəklərini deyir. Onların fikrincə, əməkhaqqlarının artırılması qiymətlərin yenidən bahalaşmasına səbəb olacaq və büdcəyə təzyiq göstərəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR