İnsanlara hürriyət, millətlərə istiqlal!

İndoneziyada güclü zəlzələ olub

706 25.04.2023 02:31 Son xəbər A A

İndoneziya sahillərində 6,9 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı təxminən 840 min nəfər əhalisi olan Padanq şəhərindən 188 km qərbdə yerləşib. Episentr 20 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bundan başqa, Şimali Sumatra əyalətində daha əvvəl baş vermiş zəlzələdən sonra sunami xəbərdarlığı qüvvədədir. Bu barədə çərşənbə axşamı İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi məlumat yayıb. O, zəlzələnin maqnitudasını 7,3 qiymətləndirib. Bundan əvvəl Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi onun maqnitudasının 6,9 bal olduğunu bildirmişdi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR