İnsanlara hürriyət, millətlərə istiqlal!

“İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərova AĞIR İTKİ

1138 15.12.2023 18:01 Hadisə A A

“İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərova ağır itki üz verib.

Musavat.com xəbər verir ki, “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərovun atası Rasim Əsgərov 67 yaşında vəfat edib.

Qeyd edək ki, Rasim Vəli oğlu Əsgərov 1956-cı ildə Gəncə şəhərində anadan olub.

II qrup Qarabağ müharibəsi əlili idi və uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Rasim Əsgərov vətənin dar günündə onun müdafiəsinə qalxıb, öz milli borcunu yerinə yetirmək üçün Qarabağ döyüşlərində iştirak edib. R.Əsgərov I Qarabağ müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərdə igidliklə döyüşüb və yaralanıb. Onun bu xidməti həmişə həyatının ən fəxarətli günləri kimi həm özünün, həm də ailəsinin qürur mənbəyi olub. Hər zaman Ulu Öndərimiz Heydər Əliyevin yoluna və Prezident İlham Əliyevin siyasi kursuna sadiq olan şəxs kimi həmkarları, yaxın dostları arasında tanınıb. Həm orduda, həm də Daxili İşlər orqanlarındakı qüsursuz xidmətlərinə görə dövlətimiz, ölkə rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.

Dekabrın 15-də ağır xəstəlikdən sonra vəfat edib. R.Əsgərovun 5 övladı var. 

Mərhum sabah Bakıda dəfn olunacaq. Onun yas mərasimi dekabrın 18-də saat 14-də Təzəpir məscidində keçiriləcək.

“İMZA” İctimai Birliyinin rəhbərliyi və kollektivi Birliyin sədri Xəyyam Əsgərova atası Rasim müəllimin vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə, əzizlərinə, dostlarına və yaxınlarına uca Yaradandan səbr diləyir.

Allah rəhmət eləsin! 

Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR