İnsanlara hürriyət, millətlərə istiqlal!

İmtahanda az bal topladı: Özünü 15-ci mərtəbədən atdı - VİDEO

1097 20.04.2023 16:50 Hadisə A A

Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Musavat.com qafqazinfo-ya istinadə xəbər verir ki, 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR