İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə evə atəş açılıb - Saxlanılan var

512 13.12.2022 15:10 Kriminal A A

Dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Bəhlul Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub.

Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) ilə cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR