İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə ər arvadını öldürməyə cəhd edib

456 23.07.2022 18:40 Kriminal A A

İyulun 21-i saat 06 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Prokurorluqdan verilən məlumata görə aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İş üzrə istintaq davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR