İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon "Mikrosoft"u sancdı - ChatGPT-ə rəqib çıxardır: TruthGPT

471 18.04.2023 11:19 Son xəbər A A

Milyarder İlon Mask "Microsoft" və "Google"un süni intellekt təşəbbüslərinə meydan oxumaq üçün öz süni intellekt platformasını işə salacağını açıqlayıb.

"Fox News" kanalına müsahibə verən Mask ChatGPT-yə rəqib "TruthGPT"-i yaradacağını deyib.

"Mən "TruthGPT" adlandırdığım, maksimum həqiqəti axtaran, kainatın təbiətini anlamağa çalışan süni intellektə başlayacağam".

Mask izah edib ki, "TruthGPT" təhlükəsizliyə aparan ən yaxşı yol ola bilər və insanları məhv etmək ehtimalı çox azdır. O, "Microsoft" tərəfindən dəstəklənən ChatGPT-nin arxasında duran OpenAI firmasını "süni intellekti yalan danışmağa öyrətdiyinə" görə tənqid edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR