İnsanlara hürriyət, millətlərə istiqlal!

İlkin Rüstəmzadə: "ABŞ səfirliyində təhqir olundum" – SENSASİON VİDEO

3318 13.04.2023 17:43 Son xəbər A A

Tanınmış bloger və siyasi fəal, keçmiş siyasi dustaq İlkin Rüstəmzadə bu gün Bakıdakı ABŞ səfirliyində olub.

O, səfirliyin binasında yerləşən Konsulluqda viza görüşməsinə çağırılıb.

 Musavat.com xəbər verir ki, bu barədə siyasi fəal özü Facebook hesabında canlı yayında məlumat verib. İlkin Rüstəmzadə iddia edib ki, Konsulluqda onu alçaldıb, təhqir ediblər. Bununla bərabər, Bakıdakı ABŞ Konsulluğu İlkin Rüstəmzadəyə viza verməkdən imtina edib.

Siyasi fəal Amerika konsulundan üzrxahlıq tələb edir və bir daha həmin ölkəyə səfər etməyəcəyini, onlarla olan bütün təmaslarını kəsdiyini söyləyir.

Musavat.com məsələnin mahiyyətinə dair video görüntüləri təqdim edir:



 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR