İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! Xankəndidən Şuşaya qədər bütün yolun görüntüləri - Qadağan olunan yerlər də VİDEODA

4282 22.07.2024 18:56 Reportaj A A

İlk yayınlanma: 21.07.2024 

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Xankəndidən Şuşaya gedən yolda maraqlı reportaj edib.

Onunla birlikdə “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının sədri Rəşad Məcid və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da var.   

Rauf Arifoğlunun sosial şəbəkədə paylaşdığı bu video-material, onlar arasındakı dialoq böyük maraqla qarşılanıb.

Musavat.com-un oxucularına da həmin videoreportajı təqdim edirik:

Qeyd edək ki, Rauf Arifoğlu sosial şəbəkədə sözügedən videonu bu mətn altında paylaşıb:

“Xankəndindən Şuşaya qalxırıq! İndi "Dağlarda toy"u biz edirik.
Təsəvvür edirsiz, Xankəndi şəhərini, onun küçələrini dolaşaraq, Şuşaya qalxmaq bizim üçün nə deməkdir! Hər iki Qarabağ müharibəsini yaşamış, müəyyən fraqmentlərdə iştirakçı olmuş, onun xəbərlərini, xronikasını yaymış, müharibələrarası 27-28 illik böyük fasilədə məğlubiyyətin təslimiyyətə dönməməsi üçün gerçək bir savaş vermiş Azərbaycan jurnalistləri əslində böyük xoşbəxtliyin içi ilə Xankəndindən Şuşaya doğru şütüyürdü.

Arada hətta yolu da itirdik. Amma yanlış getmədik! Xankəndində bütün istiqamətlər doğru yöndür! Haraya getsən, Xankəndidir! Milli Həsrətimizin, indi isə Böyük Zəfərimizin baş kəndi! Xankəndi!

Sizi dəvət edirəm, 14-15 dəqiqəlik çəkilişimizi izləyəsiz. Xankəndimizi virtual olaraq, gəzə - görəsiz!

Şəhidlərimizə və Ordumuza, Dövlətimizə, Ali Baş Komandanımıza minnətdarıq!”

Məlumat üçün onu da bildirək ki, Şuşada II Qlobal Media Forumu keçirilir.

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak edir.

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR