İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! “HƏMAS-ın beyni”ndən ŞOK AÇIQLAMA: Misli görünməmiş müharibə gedir

1262 25.12.2023 17:10 Dünya A A

İsrailin hər yerdə axtardığı və “HƏMAS-ın beyni” kimi tanınan Yəhya Sinvar 7 oktyabr hücumlarından sonra ilk dəfə ictimai mesaj yayımlayıb.

Musavat.com xəbər verir ki, Sinvar siyasi büro üzvlərinə göndərdiyi mesajda HƏMAS-ın İsrailə qarşı çətin və misli görünməmiş müharibə apardığını bildirib və İsrailin ağır itkilərlə üzləşdiyini iddia edib.

HƏMAS-ın İsrail qüvvələrini əzmək yolunda olduğunu iddia edən Sinvar işğal şərtlərinə qəti şəkildə boyun əyməyəcəklərini açıqlayıb.

İsrail mediası iddia edib ki, girovları xilas etmək üçün çarəsiz qalan Təl-Əviv rəhbərliyi HƏMAS liderləri Məhəmməd Deif və Yəhya Sinvara bir növ toxunulmazlıq vermək variantını nəzərdən keçirir. “Times of Israel”in xəbərinə görə, İsrail girovların azad edilməsi müqabilində HƏMAS-ın iki vacib fiqurunun Qətərə və ya başqa bir ölkəyə deportasiyasını qəbul edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR