İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevə təbriklər gəlməkdə davam edir YENİLƏNİB

538 30.05.2024 19:47 Siyasət A A

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı inkişafını diləyirəm.

Hörmətli cənab Prezident, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah arzulayıram".

19:41

***

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, əziz Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

19:39

***

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti ilə Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu vurğulayıram.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqının tərəqqisinə və firavanlığına yönələn səylərinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramını qəbul etmənizi xahiş edirəm".

19:16

***

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Siz sülh, tərəqqi və xalqın firavanlığı üçün yorulmadan çalışdığınız bir vaxtda biz bu əlamətdar hadisəni və ölkənizin nailiyyətlərini qeyd etməkdə Azərbaycan xalqına qoşuluruq.

Qoy, Filippin və Azərbaycan arasında tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə inkişaf etməkdə davam etsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

19:11

***

İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İrlandiya xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox firavanlıq və xoşbəxtlik gətirsin!"

18:44

***

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına daha çox rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram".

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə cansağlığı, rifah, qardaş ölkənizə və onun xalqına isə daha çox tərəqqi və firavanlıq arzu edirəm".

18:38

***

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzulayıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hazır olduğumu və Zati-alinizə yüksək ehtiramımı bildirirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR