İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev və Ərdoğanın Fulya Öztürklə maraqlı dialoqu: "Bu, bizim qızımızdır" - Video

1810 29.04.2023 18:23 Siyasət A A

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Festival sahəsini tərk edərkən iki lider “CNN Türk”ün xüsusi xəbər rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, müsahibə zamanı maraqlı anlar yaşanıb.

Türkiyə lideri Fulyaya, “Bunu namizəd edəcəkdim, aradan itdi. Bir az çalış. Bu, tamamilə millidir”, - deyə zarafat edib.

Prezident İlham Əliyev isə, “O, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə getdi. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır”, - deyib.

Fülya isə "biz kardeşiz",-deyə cavab verib. 

Həmin anların görüntülərini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR