İnsanlara hürriyət, millətlərə istiqlal!

“İkili standartlar Avropanın özünü dağıdır” - Səməd Seyidov

381 05.03.2024 17:10 Siyasət A A

“Avropanın içərisində ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır”.

Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan elə bir gücə və təsirə malikdir ki, onun coğrafiyası həddindən artıq genişdir:

“Avropanın içərisində ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır. Avropa İttifaqı komissarını bura göndərir və yüksək səviyyədə iclas keçirilir. Ən yüksək səviyyədə Azərbaycanın rolu vurğulanır. Eyni təşkilatın parlament qurumu bir gün əvvəl Azərbaycana qarşı ədalətsiz, qərəzli, yalanla və böhtanla dolu qərar qəbul edir. Bütün bunlar ona dəlalət edir ki, Avropanın içərisində böyük krizis yaşanır və bu da ikili standartlar krizidir. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasətinin coğrafiyasının genişləndirilməsi ən vacib məsələdir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir, Şərq və Qərb arasında körpüyə çevrilib, yüksək səviyyəli ölkə kimi təqdim edilir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR