İnsanlara hürriyət, millətlərə istiqlal!

İkardidən "Qalatasaray" azarkeşlərinə SEVİNDİRİCİ XƏBƏR

843 17.01.2024 22:38 İdman A A

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi bir ay sonra yenidən yaşıl meydanlara qayıdır.

O, "Trabzonspor"la matçda forma geyinəcək.

Məlumata görə, "Fənərbağça" derbisində üzündən aldığı zərbə nəticəsində üz sümüklərində sınıqlar yaranan Mauro İkardi təxminən 3 həftədir ki, müalicəsini İstanbuldan kənarda davam etdirir və klubun verdiyi proqrama uyğun olaraq çalışırdı.

O, bu axşam saat 22.30 radələrində İstanbula dönəcək və sabah klub həkimləri tərəfindən qulaq-burun-boğaz və üzünü yoxlatdıracaq. Daha əvvəl heç bir əməliyyata ehtiyacı olmadığı bildirilən ulduz futbolçu 3 gün məşq edib, şənbə günü komanda ilə Trabzona yollanacaq.

Qeyd edək ki, "Trabzonspor"-"Qalatasaray" matçı yanvarın 21-i saat 20:00-da start götürəcək.//Baku.ws

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR