İnsanlara hürriyət, millətlərə istiqlal!

İçkiyə pul vermədiyi üçün anasını öldürdü

684 29.12.2023 16:20 Dünya A A

Hindistanda bir kişi spirtli içki almaq üçün ona pul verməkdən imtina edən anasını öldürüb.

Hadisə Maharaştra ştatının Latur şəhəri yaxınlığında baş verib. Axşam saatlarında Satala kəndinin 23 yaşlı sakini Dhyaneşvar anasından spirtli içki üçün pul istəyib. Anası, 40 yaşlı Sanqita Natrao Munde isə imtina edib.

Nəticədə qohumlar arasında dava düşüb. Bu zaman gənc oğlan təkər dəmirini götürüb Mundenin başına vurub. Hindistanlı qadın yerə yıxılaraq ağır yaralanıb. Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər.

Qadının əri hadisə zamanı başqa kənddə olub. O, dərhal evə gələrək oğluna qarşı polisə ərizə yazıb. Dhyaneşvar həbs olunub./Lent.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR