İnsanlara hürriyət, millətlərə istiqlal!

İçkili vəziyyətdə tabuta uzandı, diri-diri basdırdılar  

1173 11.08.2022 19:42 Hadisə A A


Boliviyadakı hadisə eşidənləri şoka salıb. İçkili vəziyyətdə tabuta uzanan şəxs təsadüfən diri-diri basdırılıb.

Musavat.com-un məlumatına İngiltərənin “Daily Star” qəzetinin yazdığına görə bu günlərdə Boliviyanın bölgələrinin birində ənənəvi törən keçirilib.

Həmin mərasimə əsasən simvolik olaraq boş tabut ana torpağa qurban verilir. Mərasim zamanı spirtli içki qəbul edən 30 yaşlı Mika Alvaresin yataqla tabutu səhv salaraq onun içərisinə girərək, yuxuya gedib. Mərasim iştirakçıları tabutun içinin yoxlamadan onu dəfn ediblər.

Təbii ehtiyacını ödəmək istəyən zaman gözlərini açan Mika Alvaresin özünü dəfn edilmiş tabutun içərisində görüb. Bütün gücünü toplayıb torpağın altından çıxan gənc kişi xəstəxanaya yerləşdirilib. O, başına gələn hadisəyə görə şikayətçi olub.


Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR