İnsanlara hürriyət, millətlərə istiqlal!

İcevanda türk göründü-Ermənistanda həyəcan siqnalı verildi

904 17.08.2023 17:05 Region A A


Ermənistanın Tavuş vilayətinin İcevan şəhərində fövqəladə hadisə baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzetinin bununla bağlı xəbəri bu cümlə ilə başlayır.

Sən demə İcevan-Açacur marşrutu üzrə hərəkət edən mikroavtobusda sərnişinlər telefonda şübhəli şəxsin türkcə danışdığını görüblər.

Mənbənin sözlərinə görə, sərnişinlər həmin şəxsin Türkiyə nömrələrindən zənglər aldığını müşahidə ediblər. Sərnişinlər sürücüdən maşını saxlamağı tələb edib və polis çağırıblar.

“Həyəcan siqnalı daxil olub, aidiyyəti orqanlar bunu araşdırır. Başqa təfərrüatlar yoxdur”,-deyə yerli polis bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR