İnsanlara hürriyət, millətlərə istiqlal!

İçərişəhərdə Qala divarlarını yazanlar polis bölməsinə aparıldı- FOTOLAR

1267 26.07.2022 20:11 Kriminal A A

Xəbər verdiyimiz kimi, İçərişəhərin Qala divarlarının yazılaraq korlanması faktı aşkarlanmışdı. Aparılan axtarışlar nəticəsində hadisəni törədənlər tapılıb. 

Musavat.com-a daxil olan məlumata görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qala divarlarında qrafit şəklində yazıların aşkar olunması faktı polis əməkdaşları tərəfindən araşdırılıb və qala divarlarının ötən il noyabrın 7-də paytaxt sakinləri 14 yaşlı P.B, 14 yaşlı M.M və 13 yaşlı D.V tərəfindən yazılması müəyyən edilib. 

Hər üç azyaşlının valideyni ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyinə dair qərar qəbul edilib.  

Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müqavilə bağlamış bərpa şirkəti ilə birgə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də Daxili İşlər Nazirliyi tərəfindən dəymiş ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 

Qeyd edək ki, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Bakının rəmzi sayılır. Buranın bu cür hala salınması tariximizə qarşı həqarətdir. Ola bilsin ki, bu gənclər etdikləri hərəkətin fərqində olmayıblar. Lakin onlar böyük bir cinayət törədiblər. Bu hadisəni dövlət tərəfindən qorunan tarixi abidələrə qarşı soyqırım da hesab etmək olar. 

Məlumat üçün onu da bildirək ki, konstitusiyasının 77-ci maddəsinə görə bu abidələri qorumaq hər bir şəxsin borcudur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR