İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseynbala Mirələmov oğlunun borcundan danışdı - “Lap deyək ki, su pulunu ödəməyib...”

2025 16.07.2024 12:33 Kriminal A A

Xəbər verdiyimiz kimi, iyulun 17-də Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə eks-deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmova qarşı iddiaya baxılacaq.

Musavat.com-un xəbərinə görə, Fərid Mirələmov Şüvəlandakı bağ evində su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.

Hüseynbala Mirələmov Şüvəlandakı bağ evinin pulunun ödənməməsi ilə bağlı adının hallanmasına münasibət bildirib, modern.az-a deyib ki, hadisənin görünməyən tərəfləri var:

“Oğlumun vaxtilə bir yerdə işlədikləri dostu var. O, mənzil şəraiti yaxşı olmadığına görə oğluma müraciət edib, onun Şüvəlandakı bağ evində qalmaq istəyini dilə gətirib. Oğlum da deyib ki, “get, qal”. Bunlar oğlumun Şüvəlandakı bağ evində qalıb, bütün kommunal xidmətlərdən istifadə ediblər. Lakin su pulunu ödəməyiblər. Bağ oğlumun adına olduğuna görə onun adını yazıblar. Oğlum həmin adama zəng edib məsələni deyib. Elə dünən, ya əvvəlki gün həmin adam özü ödənişi edib”.

Hüseynbala Mirələmov məsələ ilə əlaqədar mətbuatda adının hallanmasına etiraz edib, mətbuatı məhkəmə ilə hədələyib:

“Mən dəfələrlə müsahibə vermişəm ki, seçkilərdə namizədliyimi irəli sürməyəcəm. Məni bir məsələ maraqlandırır, lap tutaq ki, fərz edək, oğlum su pulunu ödəməyib, bəs mənim bu məsələyə nə aidiyyətim var? Mənim şəkilimi qoyub, “sabiq deputatın oğlu məhkəməyə verildi” deyə başlıq yazıblar. Bu nə deməkdir? Lap deyək ki, oğlum su pulunu ödəməyib, onun şəklini qoyardın. Yoxsa mənim şəklimi qoyub, sabiq deputat yazıblar. Mən bunu anlaya bilmirəm. Bu, ədalətsizlik və jurnalistikaya xəyanətdir. Mən politexnik institutunu bitirsəm də, 5 il “Azərbaycan Pioneri” qəzetinin ədəbiyyat şöbəsində baş redaktor işləmişəm. Onda bunlar heç dünyada yox idi. Mənə jurnalistika öyrədirlər? Nə məqsədlə bunu etdiklərini bilmirəm. Mən istəsəm, belə bir həvəsim olsa, onların səviyyəsinə ensəm, onları məhkəməyə də verə bilərəm”.

Hüseynbala Mirələmovun su pulu ödənişi ilə bağlı fikirləri reallığı əks etdirirsə, bu halda sabahkı məhkəmənin nəticəsi də bəllidir. Şüvəlandakı bağ evinin su pulu ödənibsə, məhkəməyə bu haqda qəbz təqdim ediləcək və müvafiq qərar veriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR