İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn evində onu qonaq edən ailəyə dollar banderolu verdi – VİDEO

2752 21.04.2022 13:17 Maraqlı A A

Rusiyanın məşhur azərbaycanlı videoblogeri Hüseyn Həsənov artıq bir neçə həftədir ki, Vətəndədir.

Hüseyn bloger Aydan Hüseynli ilə macəra üçün rayonların birinə gediblər. Ucqar kəndlərin birində azıb qalan ikiliyə kənd sakinlərindən biri yardımçı olaraq, onları öz evlərinə dəvət edib.

Kəndli bir ailə onları səhərə kimi qalacaq yer və yeməklə təmin edib. Bu qonaqpərvərlikdən razı qalan Həsənov ailənin yaşlı üzvü olan nənəyə 100 dollarlıq əskinaslardan ibarət "paçka” pul verib.

Yaşlı qadın həmin pulları götürmək istəməsə də, Hüseynin təkidi ilə pulu qəbul edərək blogeri bağrına basıb.

Hüseyn bildirib ki, yalnız səhəri gün həmin ailəyə kimliyini açıqlayıb. O, qonaq olduğu ailəyə öz şəxsi nömrəsini verdiyini və davamlı onlarla əlaqə saxlayacağını söz verib.

Sözügedən hadisəni telefonun yaddaşına köçürüb, sosial şəbəkə hesabından paylaşan H.Həsənovun bu addımı izləyicilər tərəfindən maraq və rəğbətlə qarşılanıb. (Bizim.media)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR