İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar İran Baş Qərargah rəisi ilə görüşüb

388 19.07.2022 20:34 Region A A

Tehrana səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

Musavat.com APA-a istinadən xəbər verir ki, görüşdə tərəflər iki ölkənin silahlı qüvvələrinin hərbi, təhsil və təhlükəsizlik sahəsində əməkdaşlığının zəruriliyini vurğulayıb.

Müdafiə sahəsində əməkdaşlıq sahələrinin araşdırılması, qarşılıqlı fəaliyyət və regionun ən mühüm məsələləri, o cümlədən terrorizmlə bağlı fikir mübadiləsi iki ölkənin ali hərbi rəsmilərinin görüşünün əsas müzakirə predmetlərindən olub.

Suriyada gərginliyin azaldılması və bölgədə sabit təhlükəsizliyin necə yaradılmasının araşdırılması da görüşün digər müzakirə olunan əsas məsələsi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR