İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”: Paşinyanın partiyasının deputatları onunla görüşdə ciblərini boşaltmalı olurlar

513 07.07.2022 16:15 Region A A

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlamentdəki fraksiyasının deputatları baş nazir Nikol Paşinyanla görüş zamanı ciddi yoxlamaya məruz qalırlar.

Musavat.com erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Deputatlar həbsxanalarda olduğu kimi rejimdən keçirilirlər. Bu, “Vətəndaş sazişi” daxilində ciddi çaşqınlıq yaradıb”,-deyə xəbərdə bildirilir.

Qəzetin yazdığına görə, artıq baş nazirlə görüşdən əvvəl orada olanlara bütün çəkiliş və səsyazma cihazlarını təhvil vermək təklif edilmir. Sadəcə olaraq, hökumət başçısının mühafizəçiləri gəlib, kimin əlində telefon, planşet və ya “Apple watch” olduğunu yoxlamağa başlayırlar. Bu cihazlarla video çəkmək, səs yazmaq mümkündür. Cangüdənlər heç bir şey söyləmədən onları müsadirə edirlər.

Belə görünür ki, Paşinyan artıq heç kimə güvənmir”,-deyə yazıda qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR