İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”: Azərbaycan Ermənistandan nə tələb edir?

1520 13.12.2023 13:40 Son xəbər A A

“Ermənistan parlamentinin müxalif deputatları Geqam Manukyan, Kristin Vardanyan və Aspram Krpeyan ötən cümə günü Xarici İşlər Nazirliyinə səfər edərək “Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair saziş” və başqa sözlə, Azərbaycanla sülh müqaviləsi ilə bağlı təkliflərlə tanış olublar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Manukyanın sözlərinə görə, nazirlik “tam məxfi” kimi təsnif edilən sənədin bütün məqamlarını açıqlamayıb. Lakin deputatlar 6 səhifəlik yazışmaların bəzi detallarından xəbərdar olublar.

Müxalifətçilərə sülh müqaviləsinin mətni yox, tərəflərin bir-birinə qarşı irəli sürdüyü tələblər təqdim olunub. Belə çıxır ki, ən əsas məsələlərdə konsensus yoxdur, Azərbaycan tərəfinin tələbi, Ermənistan tərəfinin razılığı var.

Geqamyanın bildirdiyinə əsasən, Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipial əhəmiyyət kəsb edir. Belə olan halda revanşizm ehtimalı azala bilər. Lakin bununla bərabər, Azərbaycan Ermənistanın ən azı 29 min 800 kvadratkilometr ərazisini tanımaq fikrində deyil. Erməni deputatın iddiasına görə, yazışmalarda ümumi ifadələrə üstünlük verilir. Ermənistan ərazisinin isə sərhəd delimitasiyasından sonra bəlli olacağı nəzərdə tutulur.

Təkliflərə anklavlar və yolların blokdan çıxarılması da daxildir.

“Təkliflərlə tanışlıq bizim qorxularımızı gücləndirdi”, - deyə “Hraparak” erməni deputata istinadən yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR