İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzdə 3 min gəmi yığılıb qalıb

719 31.03.2026 19:33 Dünya A A

İran ətrafındakı münaqişə səbəbindən Hörmüz boğazında üç min gəmi yığılıb, keçid verilməsini gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə “Radio-1” radiostansiyası Dubay limanında çalışan nəqliyyat şirkətlərinin nümayəndələrinə istinadla məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, nəqliyyat şirkətləri Ərəbistan yarımadasından keçən dəniz hissələrini quru hissələri ilə birləşdirərək marşrutları yenidən qurmağa məcburdurlar. Bu, daşınma xərclərinin 200%-dən çox artmasına və çatdırılma müddətinin üç dəfə artmasına səbəb olur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün İranı nə qədər hədələsə də, islam respublikası israrla bunu etmir. Gəmilər isə boğaz ətrafında yığılmaqda davam edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR