İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hökumət dərmanlarla bağlı xüsusi sənəd hazırlayır" - Əhliman Əmiraslanov

479 11.04.2023 12:05 Son xəbər A A

Milli Məclisin iclasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Komitə sədri Əhliman Əmiraslanov layihə barədə məlumat verib.

Deputat Vahid Əhmədov söz alaraq komitə sədrinə bu, vacib məsələ ilə bağlı sual ünvanlayıb: “Uzun müddətdir söhbət gedir ki, hökumət dərman vasitələrinin qiyməti ilə bağlı xüsusi proqram hazırlayır. Bu barədə sizdə məlumat varmı?”

Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, təkcə dərman vasitələrinin qiyməti ilə yox, dərman vasitələrinin əlçatanlığı və digər məsələlərlə bağlı proses gedir: “Səhiyyə Nazirliyi və hökumət bir sənəd üzərində iş aparır. Bu sənəd hazırlanıb, başa çatmaq üzrədir. Orda Vahid müəllimin dediyi məsələlər də daxil olmaqla, dərman vasitələri ilə bağlı problemlərin həlli nəzərdə tutulur”.

E.Paşasoy,

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR