İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın yeni Nazirlər Kabineti formalaşıb

374 10.06.2024 21:54 Dünya A A

Hindistanda keçirilən parlament seçkisi nəticəsində formalaşan hökumətdə əsas nazirlər öz vəzifələrində qalacaqlar.

Bu, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Nazirlər Kabinetinin ilk iclasından sonra məlum olub.

Modinin komandasına 30 nazir, 36 dövlət naziri və müstəqil statuslu 5 dövlət naziri daxildir.

Modinin Bharatiya Janata Partiyası (BJP) son 10 ildə ilk dəfə parlamentdə mütləq çoxluğu əldə edə bilmədiyi üçün koalisiya kabinetinə Milli Demokratik Alyansdakı (NDA) müttəfiq partiyaların üzvləri də daxildirlər.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar, müdafiə naziri Racnath Sinqh, daxili işlər naziri Amit Şah və maliyyə naziri Nirmala Sitharaman vəzifələrində qalacaqlar.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR