İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın Bakıya qəzəb və qərəzinin SƏBƏBLƏRİ

644 04.06.2026 11:07 Siyasət A A

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

Musavat.com qeyd edir ki, Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən tədbirlərə qatılıblar. Tədbirdə, həmçinin siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak ediblər.
Bakıda Amritsar hadisələri üzrə beynəlxalq konfrans keçirilib (YENİLƏNİB)İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərində yaranmış gərginliklər zaman-zaman artır və azalır. Bakı və Yeni Dehli aradakı fikir ayrılıqlarını ortadan qaldırmağa cəhdlər də olub. Məsələn, bu ilin aprelində Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycanla Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Bununla yanaşı, iki ölkə arasında fikirayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb. Eyni gündə Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Yəni iki ölkə arasında bu cür təmasların artacağını gözlənildiyi bir vaxtda yenidən gərginlik hiss olunmaqdadır. Təsadüfi deyil ki, Hindistanın baş naziri Azərbaycanın Müstəqillik Gününü təbrik etmədi. Yalnız Hindistanın Azərbaycandakı səfiri "X" sosial şəbəkəsində bir cümləlik təbrik yaydı.
Hər iki ölkənin Qoşulmama Hərəkatının üzvü olduğu və Azərbaycandan keçən nəqliyyat yollarının Yeni Dehlinin də maraq dairəsində olduğunu nəzərə alsaq, bu soyuqluq heç bir tərəfə sərf etmir.

Bəs Hindistan niyə əlaqələrin düzəlməsi üçün səy göstərmir? Hindistanın Bakıya qəzəb və qərəzinin səbəbi Pakistandırmı?

Deputat: “Zorakılıq əleyhinə konvensiya ilə bağlı məlumatlı deyiləm”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Hindistanın Ermənistanı dəstəkləməkdən əl çəkmədiyini bildirib.
Onun sözlərinə görə, 28 mayda İrəvanda keçirilən paradda nümayiş olunan hərbi texnikalar arasında Hindistan istehsalı da var idi: "Ermənilərin Hindistandan köçdüyü haqda tarixi faktlar var. Bu da onları həmişə bir-birinə bağlayır. Modi hakimiyyəti dönəmində isə ermənipərəst siyasət daha qabarıq həyata keçirilir. Bu da təbii ki, Azərbaycanın etirazına səbəb olur".
Ç.Qənizadə qeyd edib ki, oxşar siyasəti Makron Fransası yürüdür: "Hindistan, Fransa və İran bir qütbdür və onların siyasətinin mərkəzində Ermənistan, yaxud ermənilər dayanır. Burada müxtəlif maraqlar var. Məsələn, Fransanın regionda, təsirini artırmaq, İranın Cənubi Qafqazda öz gücünü göstərmək... Hindistana gəlincə, bu siyasətin tamamlayan mərkəzidir. Əlbəttə, qeyd etdiyiniz Pakistan amili da böyük təsir göstərir. Çünki Kəşmir məsələsində Azərbaycanın tutduğu mövqe, Pakistanla müttəfiqlik, birgə hərbi təlimlər, siyasi proseslərdə qarşılıqlı dəstək Hindistanın xoşuna gəlmir. Halbuki Bakının İslamabadla əlaqələrinin Dehliyə heç bir zərəri yoxdur, yəni ona qarşı yönəlməyib”.
Ç.Qənizadə vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan Hindistana qarşı siyasət yürütməyib: “Amma ermənipərəst addımlarına cavab da verilir. Bakı Təşəbbüs Qrupu təkcə Hindistanda etnik azlıqların sıxışdırılmasını müzakirəyə çıxarmır, Fransanın neokolonial siyasəti də bu platformada tənqid olunur. Ona görə məsələyə birtərəfli baxmağın əleyhinəyəm".

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR