İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandakı İsrail səfirliyi yaxınlığında partlayış: Hələlik ölüm və xəsarətlə bağlı məlumat yoxdur

420 26.12.2023 21:01 Dünya A A

İsrailin Yeni Dehlidəki səfirliyi yaxınlığında partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb. Məlumatda bildirilir ki, hələlik hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı bilinmir.

Radiostansiyanın məlumatına görə, insidentlə bağlı təhqiqat Hindistan polisi tərəfindən İsrail təhlükəsizlik xidmətlərinin əməkdaşlığı ilə aparılır.

ANI xəbər agentliyi diplomatik missiyaya istinadən xəbər verir ki, İsrailin Hindistandakı səfirliyi Yeni Dehlidəki diplomatik nümayəndəliyin binası yaxınlığında partlayış baş verdiyini təsdiqləyib: "Biz təsdiq edə bilərik ki, təxminən saat 17:10-da səfirliyin yaxınlığında partlayış baş verib. Polis və təhlükəsizlik xidmətləri hələ də insidentlə bağlı araşdırma aparır".

Bundan əvvəl Yeni Dehli polisi İsrail səfirliyi yaxınlığında partlayışla bağlı siqnal aldığını bildirmişdi. Yeni Dehli Yanğınsöndürmə İdarəsinin rəisi Atul Qanq bildirib ki, hələlik hadisə yerində "şübhəli heç nə" tapılmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR