İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda ən böyük kriptovalyuta birjalarına giriş bağlandı

526 15.01.2024 01:26 Dünya A A

Hindistan dünyanın aparıcı kriptovalyuta birjalarının və virtual rəqəmsal aktiv xidmət təminatçılarının vebsaytlarına girişi bloklayıb.

“The Economic Times”ın yazdığına görə, bloklanan Binance, Kucoin, OKX və digər birjaların saytlarıdır.

Nəşrin məlumatına görə, bu, Hindistan hökumətinin ölkənin çirkli pulların yuyulmasına qarşı mübarizə qanunlarına əməl etmədiklərinə dair xarici kriptovalyuta birjalarına bildiriş göndərdikdən sonra baş verib. 28 dekabr 2023-cü ildə belə bildirişlər Binance, Kucoin, Bittrex, Bitstamp, MEXC Global, Houbi, Kraken, Gate.io və Bitfinex-ə göndərilmişdi.

Hindistanın Maliyyə Kəşfiyyat İdarəsi bu platformalara tədbir görmək və Hindistan tərəfinin istəklərini nəzərə almaq üçün iki həftə vaxt verib. Qəzet bildirir ki, bu müddət yanvarın 12-də başa çatıb.

Binance.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR