İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan: Baş nazirin koalisiyası parlament seçkilərində qalib gəlib

319 04.06.2024 12:12 Dünya A A

Exit-poll məlumatlarına görə, iyunun 3-də Hindistan parlamentinin aşağı palatasındakı yerlərin yarısından çoxunu baş nazir Narendra Modinin millətçi “Bharatiya Janata” partiyasının (BJP) rəhbərlik etdiyi Milli Demokratik Alyans (NDA) qazanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Modinin hakim alyansı 543 mandatdan 279-nu qazanıb.Əsas rəqib, Rahul Qandinin başçılıq etdiyi müxalif Milli İnkişaf Alyansı 205 yerə arxalana bilər. Bu koalisiyaya 28 partiya daxildir.

Modi ilk dəfə 2014-cü ildə hökumət başçısı seçilib, 2019-cu il seçkilərində isə onun partiyası parlamentdəki çoxluğunu 282-dən 303-ə çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR