İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Qarabağdan qayıdan xarici səyyahlarla görüşdü FOTO

560 07.11.2023 11:32 Siyasət A A

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan xarici səyyahlarla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

“Qarabağ-2023 Ekspedisiyası” çərçivəsində “Nomadmania Group”un beynəlxalq səyyah və səyyahət bloqçularının işğaldan azad edilmiş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Füzuliyə səfərindən sonra görüşdən, onları Azərbaycanın regional sülh gündəmi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, həmçinin humanitar minatəmizləmə layihələri ilə bağlı məlumatlandırmaqdan məmnunam. Xarici səyyahlar və səyyahət bloqçularının Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlərini təşkil etdiyinə görə azərbaycanlı səyyah Mehrac Mahmudova təşəkkür edirik", - paylaşımda qeyd olunub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR