İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev Fondu insanpərvərlik və humanizmin etibarlı təminatçısıdır

435 09.05.2024 10:27 Ölkə A A

Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond fəaliyyətə başladığı 2004-cü il may ayının 10-dan bu günə kimi-20 il ərzində insanpərvərlik, humanizm, insan hüquq və azadlıqlarının etibarlı təminatısı kimi tanınıb. Fondun yaradılması Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib. Ulu öndər öz həyatının mənasını Vətənə xidmət etməkdə, xalq, millət yolunda hər bir çətinliyə hazır olmaqda görürdü. Onun adını daşıyan fond da öz fəaliyyətində bu ali idealları daim rəhbər tutub. Fondun fəaliyyəti çoxşaxəlidir - təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlərin həlli.

Bu fikirləri Demokrat.az-a Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyi ilə əlaqədar Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Tanınmış hüquqşünas deyib ki, Heydər Əliyev Fondu nəinki Azərbaycanda, hətta dünyanın bir sıra ölkələrində də insanpərvərlik və xeyriyyəçilik nümunəsi həyata keçirir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini çox yüksək qiymətləndirərək deyib: “Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır... Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük”.

Hüquq müdafiəçisi bildirib ki, mərhəmət və humanizm məfkurəsindən çıxış edərək insanlara daim qayğı, yardıma ehtiyacı olanlara kömək göstərmək Heydər Əliyev Fondunun başlıca məramlarındandır. Ümummilli liderin humanizm prinsiplərini layiqincə davam etdirən Heydər Əliyev Fondu yarandıgı gündən etibarən xeyirxahlıq və mərhəmətlilik göstərərək yardıma ehtiyacı olan insanları daim diqqət mərkəzində saxlayır, onların problemlərinin həllinə yaxından kömək edir. Milyonların sevgisini qazanmış Heydər Əliyev Fondunun nailiyyətlərinin təməlində fondun prezidenti, Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevanın müstəsna zəhməti və fədakarlığı dayanır. Onun hər bir məsələyə yaradıcı münasibəti, kimliyindən, milliyyətindən asılı olmayaraq ona müraciət edən hər bir kəsə diqqət və qayğı göstərməsi, humanizmi və səmimiyyəti insanların fonda inam və etibarını, güvəncini daha da artırıb. Heydər Əliyev Fondu fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Fondun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri inşa olunub, dünyanın bir sıra ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılıb. Fondun təşkil etdiyi beynəlxalq festivallar mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Sivilizasiyalar arasında dialoqun dərinləşməsinə xidmət edən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi xüsusi əhəmiyyət kəsb edir.

cingiz.jpg (75 KB)
“Mərhəmət və humanizm məfkurəsindən çıxış edərək insanlara daim qayğı, yardıma ehtiyacı olanlara kömək göstərmək Heydər Əliyev Fondunun başlıca məramlarındandır”- deyən hüquqşünas əlavə edib ki, ümummilli liderin humanizm prinsiplərini layiqincə davam etdirən Heydər Əliyev Fondu yarandıgı gündən etibarən xeyirxahlıq və mərhəmətlilik göstərərək yardıma ehtiyacı olan insanları daim diqqət mərkəzində saxlayır, onların problemlərinin həllinə yaxından kömək edir.

Hüquq müdafiəçisi fondun insan hüquq və azadlığına göstərdiyi diqqət və qayğıdan söhbət açaraq deyib ki, müxtəlif səbəblər üzündən azadlıqdan məhrum edilmiş şəxslərin və onların yaxınlarının, ailə üzvlərinin fonda çoxsaylı müraciətlər etməsi vətəndaşların Heydər Əliyev Fondunun ali prinsiplərinə olan ictimai etimadının mühüm göstəricisidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin may ayında parlamentdə qəbul edilmiş amnistiya aktı ümummilli lider Heydər Əliyevin humanist siyasətinə sadilqliyin bariz nümunəsi idi. Amnistiya aktı dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən alqışlanmışdır.

Ç.Qənizadə deyib ki, Heydər Əliyev Fondu İkinci Qarabağ müharibəsində qələbəmizə mühüm töhfələr verib. Xalqın dövlət başçısı ətrafında yumruq kimi birləşməyə çağırılması, cəbhədə işğalçılara qarşı döyüşən, şəhid olan və yaralanan əsgər və zabitlərin valideynlərinə hərtərəfli dəstək göstərilməsi tarixi Zəfərimizi təmin edən amillərdən biridir: “Torpaqlarımız işğaldan azad edildikdən sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevə, Prezident İlham Əliyevlə çiyin-çiyinə mütəmadi olaraq həmin ərazilərə səfər etmiş, ermənilər tərəfindən vəhşicəsinə talan olunmuş mədəni irsimizin, tarixi abidələrin bərpasını öz üzərinə götürmüşdür. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Fondun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Abidələrin yenidən qurulması zamanı onların ilkin simasının pozulmaması prinsipi əsas götürülür”.

“Bu gün Heydər Əliyev Fondu milyonların ümid, güvənc yerinə çevrilib. Vətən müharibəsində şəhid olanların ailə üzvləri, uşaqları, əlillər, qazilər, müharibə veteranları, həmçinin imkansız ailələr fondun diqqət və qayğaısı ilə tam əhatə olunublar”-deyə Ç.Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR