İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi təyyarə qəzaya uğradı: İki zabit həlak oldu, mülki şəxslər yaralandı-VİDEO

966 15.06.2026 12:46 Dünya A A

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim-məşq təyyarəsi ölkənin şimal-qərbində yerləşən Xeybər-Paxtunxva vilayətinin Mardan rayonu yaxınlığında qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin (ISPR) yaydığı rəsmi bəyanata görə, növbəti planlı təlim uçuşunu icra edən hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində göyərtədə olan hər iki pilot faciəvi şəkildə həlak olub. Həyatını itirən hərbçilərin Hərbi Hava Qüvvələrinin təlimatçı pilotu, kapitan Məhəmməd Qasim Abdulla və Pakistan Hərbi Dəniz Qüvvələrinin kursant zabiti, leytenant Taha Abbasi olduğu açıqlanıb. Pakistan Daxili İşlər Nazirliyinin məlumatına görə, təyyarənin məskunlaşma sahəsinə düşməsi nəticəsində yerdə olan 3 mülki vətəndaş da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən dərhal sonra Pakistan Hərbi Hava Qüvvələrinin Baş Qərargahı tərəfindən qəzanın dəqiq səbəblərini, texniki nasazlıq və ya insan amili variantlarını araşdırmaq məqsədilə xüsusi təhqiqat komissiyası yaradılıb. Ölkənin Baş naziri Şahbaz Şərif, Müdafiə Qüvvələrinin rəhbəri, marşal Asim Munir və daxili işlər naziri Möhsin Naqvi həlak olan zabitlərin ailələrinə dərin hüznlə başsağlığı verərək, ordunun fədakarlığını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu hadisə Pakistan ordusunda son bir həftədə baş verən ikinci ağır aviasiya qəzasıdır; cəmi beş gün əvvəl Muzaffarabad yaxınlığında hərbi helikopterin qəzaya uğraması nəticəsində də göyərtədəki bütün heyət həlak olmuşdu. Bu ardıcıl insidentlər ölkədə hərbi təyyarə və helikopterlərin texniki təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR