İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi orkestrin müşayiəti ilə möhtəşəm yürüşlər başladı – VİDEO

735 26.06.2026 10:00 Ölkə A A

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb.

Musavat. com xəbər verir ki, hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək bir neçə marşrut üzrə yürüş edirlər. Bununla bağlı görüntüləri təqdim edirik:

Qeyd edək ki, yürüş marşrutları belədir:

- I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;

- II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

- III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

- V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

Şahanə Rəhimli
Musavat. com






Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR