İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi bazalar üzərində NAMƏLUM DRON UÇUŞLARI - Almaniya xüsusi qrup yaratdı

778 07.01.2024 15:04 Dünya A A

Naməlum PUA-lar 2022-ci ildən Almaniya silahlı qüvvələrinin bazaları üzərində müntəzəm uçuşlar həyata keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Qeyd olunub ki, hələ 2022-ci ilin oktyabrında Bundesverin ərazi komandanlığının o zamankı rəhbəri Karsten Broyer bazalar üzərində görünən naməlum PUA-ların sayının artması ilə əlaqədar olaraq, hərbi polisə HP47 pilotsuz təyyarələrin qarşısının alınması sistemlərinin istifadəsi üzrə təlim keçməyi əmr edib.

“Bild” xəbər verir ki, bununla belə, görülən tədbirlər problemi həll etməyib.

Bildirilib ki, hərbçilər hələlik bir dənə də olsun pilotsuz uçan aparatı vurmağa nail olmayıblar.

Nəşr yazır ki, Bundesver PUA-nın buraxılmasının arxasında Rusiyanın dayandığına əmindir. 

15 noyabr 2023-cü ildə Bundesver pilotsuz təyyarələrə qarşı xüsusi qrup yaradıb. Qrupa briqada generalı Volfqanq Jordan rəhbərlik edir.

Məlumata görə, qrup yaradılandan bəri PUA-larla mübarizədə hələ də nəzərəçarpacaq nəticə yoxdur.

2023-cü ilin aprelində “Tagesspiegel” mənbələrə istinadən xəbər verir ki, Bundesver pilotsuz uçuş aparatlarından müdafiə üçün əlavə avadanlıq almaq niyyətindədir. Qəzetin yazdığına görə, buna naməlum dronların alman kazarmaları üzərində, o cümlədən Ukrayna qoşunlarının NATO silahlarından istifadə etmək üçün təlim keçdiyi yerlərdə uçması hallarının artması səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR