İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS liderləri Türkiyədədir - Onları ifşa edənə 10 milyon veriləcək

1999 07.01.2024 09:43 Dünya A A

ABŞ rəhbərliyi Türkiyədə olduqlarını iddia edən 3 HƏMAS rəhbərinin tutulmasına kömək edənlərə 10 milyon dollar mükafat verəcək.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytının "Rewards for Justice" ("Ədalət üçün mükafatlar") səhifəsində elan dərc edilib.

"Rewards for Justice" səhifəsində 5 yanvar 2024-cü il tarixli bəyanatda şəxslərin adları və beynəlxalq səviyyədə idarə etdikləri pul trafiki haqqında məlumatlar yer alıb. İnsanlarla bağlı ətraflı məlumatların yer aldığı səhifədə HƏMAS-ın ticarət fəaliyyətlərini dayandıracaq insanlara 10 milyon dollar veriləcəyi açıqlayıb.

Mükafatın açıqlanmasının ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib.

65988d49035113468655dff1.jpg (47 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR